Səudiyyə Ərəbistanı ilk dəfə olaraq turist vizaları verməyə başlayacaq.
FED.az məlumat verir ki, APA-nın "Deutsche Welle"yə istinadən verdiyi xəbərə görə, bu barədə Səudiyyə Ərəbistanının Turizm naziri Əhməd Əl-Xatib bildirib.
Eləcə də bax: Səudiyyə Ərəbistanı yeni turist vizası - TƏTBİQ EDİR
Bunu tarix məqam adlandıran Əhməd Əl-Xatib deyib ki, sentyabrın 28-dən etibarən 49 ölkənin vətəndaşları onlayn viza üçün müraciət edə biləcəklər.
Onun sözlərinə görə, turist vizası alan qeyri-müsəlmanların Məkkə və Mədinə şəhərlərinə səfərinə icazə verilməyəcək.
Daha öncə nazir "Reuters"ə müsahibəsində bildirib ki, qadın turistlərə Səudiyyə Ərəbistanında qadınların ənənəvi geyimlərindən istifadə üçün tələb qoyulmayacaq.