Azərbaycan tərəfindən Səudiyyə Ərəbistanı Krallığının vətəndaşlarına münasibətdə vizaların verilməsi prosesinin asanlaşdırılması turizm sahəsində əməkdaşlığa ciddi təkan verib.
Səudiyyə Ərəbistanına səfər zamanı elektron viza almaq - MÜMKÜN OLACAQ
FED.az xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə naziri Taufiq bin Fauzən Əl Rabiə fevralın 27-də Prezident İlham Əliyev tərəfindən qəbul edilən zaman bildirib.
Nazir ölkəsinin də Azərbaycan vətəndaşlarına vizaların verilməsi prosesinin sadələşdirilməsi istiqamətində addımlar atdığını diqqətə çatdırıb.




 
                            
                            
                         
            
 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








