Turizm bələdçilərinin sertifikatlaşdırılması könüllü olacaq və akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən onların bilik və bacarıqlarının qiymətləndiriliməsi nəticəsində həyata keçiriləcək.
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu, “Turizm haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, sertifikatlaşdırılmış turizm bələdçilərinin dövlət və bələdiyyə mülkiyyətinə olan muzey və qalareyalara, həmçinin dövlət qoruqlarına ödənişsiz giriş hüququ olacaq.
Sertifikatlaşdırılmış turizm bələdçilərinin təbliği üçün dövlət turizm orqanı Turizm Reyestrində formalaşdırılan reytinq cədvəlindən istifadə edəcək.