Banner

Turizm

Şengen vizası bahalaşır - YENİ QAYDALAR

Şengen vizası bahalaşır - YENİ QAYDALAR | FED.az
14:19 20 İyun 2018

Avropa İttifaqı Şengen vizasının qiymətini artırmaq niyyətindədir. FED.az portalı seyyah.az turizm və miqrasiya portalına istinadən xəbər verir ki, 

Aİ Viza Məcəlləsinə dəyişiklik etməyə hazırlaşır və yeni məcəllədə vizanın standart qiymətinin 80 avroya qaldırılması nəzərdə tutulub.

Ümumiyyətlə, Avropa Komissiyası viza sənədləri sisteminin yenilənəcəyini elan edib. Seyyah.az turizm və səyahət portalı xəbər verir ki, bu dəyişikliklər nəticəsində Şengen vizasının alınması az vaxt tələb edəcək, əvəzində vizaya görə ödənişlər artacaq. "Bizim təklif etdiyimiz islahatlar qanunpərəst səyahətçilərin viza alması prosesini daha asan və tez edəcək.

Eləcə də bax: «İstirahət mərkəzləri dolub, turistlər evlərdə qaldılar»

Təhlükəsizlik standartlarının yaxşılaşdırılması isə qanuna əməl etməyənləri aşkar edib dayandırmağa imkan verəcək» - deyə Avropanın miqrasiya, daxili işlər və vətəndaşlıq üzrə komissarı Dimitris Avramopulos bildirib. Seyyah.az-ın məlumatına görə, bu dəfə ən mühüm dəyişiklik Şengen vizasının rəsmiləşdirilməsi müddətinin 15 gündən 10 günə endirilməsi olacaq.

Digər dəyişiklik, odur ki, viza üçün müraciəti səfərə indiki kimi 3 ay qalmış deyil, 6 ay əvvəldən vermək olar. Müraciəti isə tamamilə elektronlaşdırmaq mümkün olacaq. Bundan başqa, baxılan variantlardan biri də Şengen zonasına daxil olan insanlara qısamüddətli vizaların elə sərhəddəcə verilməsidir.

Doğrudur, belə vizaların sayı məhdud olacaq, onları alanlar isə yalnız vizanı aldıqları ölkəyə daxil ola biləcək. Yeni təhlükəsizlik standartlarının tətbiqi əlavə xərclərə səbəb olduğuna görə, Avropa Komissiyası viza rüsumunu da artırmağı planlaşdırır. Hazırda Şengen vizası üçün standart məbləğ təqribən 60 avro ətrafındadır, dəyişikliklərdən sonra isə bu məbləğ 80 avroya qalxacaq.

***
Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi Aİ-nin viza siyasətindəki islahatlar məsələsinə aydınlıq gətirib.

Aİ-nin Azərbaycandakı nümayəndəliyindən FED.az-a verilən məlumata görə, bəzi ölkələrdə viza verilməsi qaydalarındakı dəyişikliklər 2019-ci ilin ikinci yarısından tez tətbiq edilməyəcək.

Bununla yanaşı, viza rüsumlarındakı dəyişikliklər viza rejiminin sadələşdirilməsi haqqında saziş imzalanmış ölkələrə təsir etməyəcək. "Beləliklə, viza rüsumlarındakı dəyişikliklər Azərbaycana təsir etməyəcək", - Aİ nümayəndəliyindən bildiriblər.

Xatırladaq ki, dünən Aİ hökuməti viza siyasətində readmissiya məsələləri üzrə kifayət qədər əməkdaşlıq etməyən ölkələrə münasibətdə viza verilməsi qaydalarının sərtləşdirilməsini nəzərdə tutan islahatlar üzrə danışıqlara başlayıb.

Dəyişikliklər həmçinin viza haqqının 80 avroya qədər artımını nəzərdə tutur.

Digər xəbərlər

Banner