Ötən il Şəki rayonundakı hotel və mehmanxana tipli müəssisələrdə 15 min 265 nəfər yerli və əcnəbi turist yerləşdirilib. Onların 10 min 384 nəfəri Azərbaycan, 4 min 881 nəfəri isə xarici ölkə vətəndaşı olub.
Azərbaycana ən çox əcnəbi bu ölkələrdən gəlir - SİYAHI
FED.az xəbər verir ki, bu barədə Şəki Şəhər Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, 2024-cü ildə Şəkinin hotel və mehmanxana tipli müəssisələrinə yerləşdirilən yerli və əcnəbi turistlərin sayı əvvəlki illə müqayisədə 11,7 faiz artıb. Bu dövrdə hotel və mehmanxanalarda yerləşdirilən xarici turistlər arasında Çin, Hindistan, Rusiya və Türkiyədən olanlar üstünlük təşkil edib. Keçən il Şəkidə 18 hotel və mehmanxana tipli müəssisə fəaliyyət göstərib. Bir gün qonaqlamaq üçün orta qiymət 50,4 manat təşkil edib. (Azərtac)