“Şahdağ" Turizm Mərkəzində öncədən yer bron edənlərin sayında nəzərəçarpacaq artım var”.
FED.az xəbər verir ki, bunu “Şahdağ Turizm Mərkəzi” QSC-nin İdarə Heyətinin yeni sədri Rodderix Mark Leffler deyib.
“Bizim işimizdə qar mühim rol oynayır və hava şəraiti dəyişdikdən sonra gələnlərin sayı artacaq. Qonaqların böyük hissəsi Azərbaycandandır. Bununla yanaşı, Körfəz ölkələrindən və Rusiyadan da qonaqlarımız var. Bu həftənin sonundan başlayaraq qonaqlarımızın sayının artacağını, yerli və xarici qonaqların sayında balans yaranacağını gözləyirik. Qış hələ yeni başlayıb və biz bayram ərəfəsindəyik”, - o qeyd edib.
Eləcə də bax: “Şahdağ Turizm Mərkəzi”nin yeni sədri planlarını açıqlayıb
Bundan başqa, menecerin sözlərinə görə, Mərkəzdə yalnız süni qardan istifadə olunmur: "Hava şəraitindən asılı olaraq biz təbii qardan da istifadə edirik. Xoşbəxtlikdən bu mövsüm yerin səthi soyuqdur və süni qardan çox istifadə etmirik. Bir dəfə istifadə olunduqda qar yerdə qalır. Bu isə çox maliyyə sərf etməməyə kömək edir".