Rusiyanın “Smartavia” şirkəti Sankt-Peterburqun Pulkovo hava limanından Bakıya müntəzəm reyslər keçirməyə başlayıb.
FED.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətindən məlumat veriblər.
Reyslər bu gündən başlayaraq həftədə iki dəfə - cümə axşamı və şənbə günləri həyata keçiriləcək.
Uçuşların cədvəli 2020-ci ilin martınadək tərtib olunub.
Reysin qiyməti 342.55 AZN göstərilir.
Trend