Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının (AHİK) “Kurort” Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətində olan sanatoriyalarda istirahət və müalicə qiymətləri 7-9% artıb. Bu addımın səbəbləri açıqlanmır.
Eləcə də bax: Çimərliklərdə qiymətlər qalxıb - SİYAHI
Sanatoriyaların İnternetdə nəşr olunan məlumatlarına əsasən, müalicə üçün (15 gün) yollayışın ümumi dəyəri 651 manatdan 1050 manata qədərdir. Bu məbləğə nömrədə qalmaq, üç dəfə yemək və tibbi prosedurlar daxildir. Lüks kotteclər üçün yollayışın qiyməti 4 min manat təşkil edir. Güzəştli şərtlərlə yollayış alanlar üçün ilkin ödəniş qiymətin 15%-i təşkil edir.
Eləcə də bax: "Yanardağ" qoruğuna biletin qiyməti açıqlandı - MƏBLƏĞ
“Kurort” QSC-yə "Bilgəh" kardioloji sanatoriyası, "Abşeron" mədə-bağırsaq sanatoriyası, "Qaranquş" uroloji sanatoriyası, "Günəşli" nevroloji sanatoriyası, "Naftalan Azərbaycan" sanatoriyası və "Şıx" sanatoriyası (dayaq-hərəkət sistemi xəstəliklərinin müalicəsi) daxildir.
@TURAN
Sanatoriyalarda istirahət və müalicə - QİYMƏTLƏRİ ARTIB
09:01
14 İyun 2019