Dövlət Turizm Agentliyi və Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şamaxıda 29 sentyabr – 1 oktyabr tarixlərində keçirilməsi nəzərdə tutulan Üzüm və Şərab Festivalı təxirə salınıb.
FED.az Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, tədbirin proqramında müxtəlif konsert və əyləncələr nəzərdə tutulduğundan Təşkilat Komitəsi, üzüm və şərab məhsulları istehsalçıları şəhidlərimizin ruhuna hörmət əlaməti olaraq festivalın tarixinin dəyişdirilməsinə qərar verib.
Festivalın yeni tarixi barədə əlavə məlumat veriləcəkdir.