Qış mövsümünün başlanması ilə istirahət üçün üz tutulan variantlardan biri də Qusar rayonundakı «Şahdağ» Turizm Mərkəzidir.
FED.az biznes və maliyyə portalı xəbər verir ki, burada qış turiziminə aid əyləncə və şərait olsa da, ənənəvi olaraq əsas problem qiymətlərdir. Bəzən məhz qiymət faktoru «Şahdağ»a gəlib- gəlməmə barədə qərar verərkən əsas səbəb olur.
Ənənəvi olaraq kompleksdə bəzi xidmətlərin qiymətləri bu il də artırılıb. FED.az “Şahdağ “Turizm Mərkəzindəki idman və əyləncə qiymətlərini araşdırıb.
Qonaqlar Şahdağda yerləşən müxtəlif əyləncə növlərindən – xizək, kanat, zip-line, coaster və s kimi əyləncə növlərindən istifadə edə bilərlər.
Xizəkləri “Şahdağ” Turizm Mərkəzindəki xizək mağazasından satın almaq və ya icarəyə götürmək olar.
Qiymətlər qonaqların bu əşyaları hansı oteldən götürməsinə görə fərqlənir. Burada xizək-çubuq icarəsi uşaqlar üçün 21 manatdan başlayaraq ümumilikdə 53 manatadək dəyişir. Xizək ayyaqqabısı icarəsi 17-32 manat, dəbilqə 10 manat, gödəkcə 13-20 manat, qar lövhəsi 33-36 manat və sair aralığında dəyişir. Burada uşaqlar üçün kirşələr də mövcuddur. Kirşələrin qiyməti: Sadə kirşə - 20 azn, Taxta kirşə - 25 azn, Dəmir kirşə - 40 azn.
Şahdağda zip-line qiymətləri bahalaşıb
Hazırki qiymətlər: Qısa Zip-line - 2 eniş - 25 manat, Qısa Zi-line - 1 eniş - 15 manat, Uzun Zip‐line Bürünc paket - bir eniş aşağı - 40 manat, Uzun Zip‐line Gümüş paket - bir eniş aşağı + video - 60 manat, Əlavə adam - 15 manat.
Ötən illə müqayisədə bürünc və gümüş paketlərin qiymətində 5 manat bahalaşma var.
Coaster qiymətləri: Bronze paket (qalxma və enmə) - 25 manat, Silver paket (qalxma və enmə + foto) - 40 manat, Əlavə adam - 15 manatdır. «Gold paket»in qiyməti (qalxma və enmə + foto + video) - 50 manat, əlavə adam - 30 manatdır.
Peyntbol qiymətləri: Qar üzərində peyntbol oynamaq istəyən 14 yaşdan yuxarı kəslər şəxslər 200 top üçün 50 manat, 100 top üçün 30 manat ödəniş edərək bu xidmətdən istifadə edə bilərlər.
Digər əyləncələr
Kompleksdə atla gəzintinin qiyməti 10 dəqiqə üçün 10 manat, oxatma qiyməti isə 8 atış üçün 10 manat təşkil edir. Katapultdan istifadə bir nəfər üçün 30 manat, yelləncəkdən istifadə isə bir nəfər üçün 20 manatdır. Qarda tübinqdən istifadənin iki eniş üçün qiyməti 15 manat, 4 eniş üçün 20 manat məbləğində müəyyənləşib.
Turzim Mərkəzindəki Atıcılıq Mərkəzində 10 atış üçün qiymət 35 manat, extra shoot üçün 15 manat, hədəf vurmaq üçün 15 manat ödəniş etmək lazımdır.
Buz meydançasının qiyməti: 10 dəq - 10 manat / 20 dəq - 15 manat/ 30 dəq - 20 manat











