Azərbaycan hökuməti “Şahdağ Turizm Mərkəzi” QSC-nin xərclərinin bir hissəsinin dövlət büdcəsindən ödənilməsini davam etdirəcək.
Eləcə də bax: Şahdağda bir günlük istirahət neçəyə başa gəlir? – QİYMƏTLƏR
FED.az xəbər verir ki, Azərbaycan Respublikasının 2023-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrində bildirilir ki, ölkədə turizm infrastrukturunun mövcud olan turizm potensialından istifadə imkanlarının genişləndirilməsi, regionlarda turizm fəaliyyətinin stimullaşdırılması üçün “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin xərclərinin bir hissəsinin örtülməsi üçün 12,1 milyon manat, cəm olaraq 56,0 milyon manat məbləğində vəsait 2023-cü ilin dövlət büdcəsində nəzərə alınmışdır.
"Şahdağ" Turizm Mərkəzi Azərbaycanda ən böyük dağ-xizək kurortudur. QSC bu layihəni idarə edir. (Marja)