Rusiyada ən bahalı hotel Sankt-Peterburqda yerləşir . Hotelin 1 gecəsi 700 000 rubldur (18200 manatdır).
FED.az xəbər verir ki, Peterburqun “Talion İmperial” hoteli “Aviasales” biletlərin və hotellərin axtarışı xidmətinin hazırladığı reytinqdə lider olub. Hotel XVII əsrə aid sarayda yerləşir və qonaqlara gün ərzində saray xidmətləri təklif edilir.
Qeyd edək ki, bu qiymətə spa, şampan, kürü ilə səhər yeməyi və s. daxildir.
Eləcə də bax: Bu kəndə köçən 10 min dollar alır - FOTO
Qonaqlar otelin olduqca yaxşı olduğunu qeyd edirlər: geniş yerlər, mərmər zeminlər və geniş pilləkənlər.240 metrlik otaqda yüksək tavanlar, antik mebellər və geniş bir yataq var.
Reytinq sırasında ikinci yerdə Moskvadakı Hyatt Regency Petrovsky Park hotelidir. Burada gecənin qiyməti 600000 rubldur (15600 manat).
Qonaqların dekorasiyadakı sakit pastel rəngləri, habelə “nüfuz və əmin-amanlıq aurası” xoşuna gəlir. Hotelin Moskva qəsəbələrinə baxan 14-cü mərtəbədəki barı da yüksək qiymətləndirilib.
Üçüncü yerdə Soçidəki 4 ulduzlu “Boqatır” hotelidir. Burada bir gecənin qiyməti 260000 rubldur (6670 manat).
Hotelin nömrələrinə yemək-qonaq, masaj otaqları daxildir. Qiymətə spa-mərkəz və atraksionlar parkına giriş də daxildir.