Rusiyanın "Nordwind" aviaşirkəti mayın 19-dan etibarən Nijni Novqorod və Kazan şəhərlərindən Bakıya uçuşlar həyata keçirməyə başlayacaq.
Eləcə də bax: Bu tarixdən Samara-Bakı aviareysi - Açılacaq
FED.az bu barədə şirkətə istinadən məlumat verir.
Qeyd olunur ki, Nijni Novqoroddan uçuşlar cümə axşamları, Kazandan isə çərşənbə günləri baş tutacaq. Mayın 31-dən başlayaraq Kazan reysləri bazar ertəsinə keçiriləcək.
Bundan başqa, "Nordwind" mayın 20-dən Rostovdan Bakıya uçuşlara başlayacaq. Bu uçuşlar da həftədə bir dəfə çərşənbə günləri iyun ayından isə ba zar ertəsi həyata keçiriləcək.
Xatırladaq ki, ötən gün "Nordwind" mayın 18-dən Sankt-Peterburq şəhərindən Azərbaycanın paytaxtına birbaşa uçuşlara başlayacağını elan etmişdi. (Trend)