Rusiyanın “Aeroflot” şirkəti Gəncəyə reyslər açır.
FED.az xəbər verir ki, bu barədə “Aeroflot”un mətbuat xidməti məlumat yayıb.
“Buta Airways” Rusiyanın məşhur kurortuna - UÇUŞLARA BAŞLAYIR - QİYMƏT
Uçuşlar martın 5-dən həftədə bir dəfə, bazar günləri “Airbus A320” təyyarələri ilə həyata keçiriləcək. Moskva vaxtı ilə 11:00-da Rusiya paytaxtından yola düşən təyyarə yerli vaxtla saat 15:55-də Gəncəyə enəcək. Elə həmin gün təyyarə 17:15-də Gəncədən Moskvaya qayıdacaq.
“Aeroflot” hazırda Moskva, Sankt-Peterburq və Soçidən Bakıya uçuşlar həyata keçirir. (Azərtac)