Rusiyalı turistlər Türkiyədə öz milli valyutalarından - rubldan istifadə edə biləcəklər.
FED.az-ın məlumatına görə, bunu Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi deyib.
Nazir bildirib ki, hazırda Türkiyə və Rusiya arasında bu istiqamətdə danışıqlar aparılır.
Qeyd edək ki, cari ilin martında Rusiyadan Türkiyəyə 97 438 turist səfər edib. Ötən ilin analoji dövründə bu göstərici 38 784 nəfər idi.