Paytaxt Bakı rusların 2018-ci il üçün MDB şəhərlərinə payız səyahəti reytinqində üçüncüdür.
FED.az xəbər verir ki, reytinq "TurStat" analitik agentliyi tərəfindən hazırlanıb.
Ekspertlərin hesablamalarına görə, rus turistlər payızda Azərbaycana və Bakıya orta hesabla 3 günlük gəlirlər. Onlar bir gün üçün yemək və qalmağa 30-80 dollararası pul xərcləyirlər.
MDB-də ən ucuz payız turları üçün Qırğızıstan və Özbəkistan, həftə sonları və alış-veriş turları üçün isə Astana və Bakı seçilir.
Aşağıda payız səyahəti üçün məşhur olan MDB ölkələrinin şəhərləri təqdim olunub.
Turistlərin 2018-ci ilin payız fəsli üçün seçdiyi ən yaxşı 10 MDB şəhəri:
Minsk (Belarus)
Astana (Qazaxıstan)
Bakı (AZƏRBAYCAN)
İrəvan (Ermənistan)
Daşkənd (Özbəkistan)
Almatı (Qazaxıstan)
Bişkek (Qırğızıstan)
Kişinyov (Moldova)
Düşənbə (Tacikistan)
Aşqabad (Türkmənistan)