Azərbaycan 2023-cü ildə MDB ölkələri arasında rusiyalı turistlər arasında populyarlıq baxımından top 5-də yer alıb.
“Rusiyadan güclü turist axını var” – Azərbaycanda hotellərinin son durumu
FED.az xəbər verir ki, bu barədə turoperatorların məlumatları əsasında Rusiyanın Turizm Sənayesi Birliyi bidirir.
Sorğular üzrə ilk beşliyə Azərbaycan da daxildir, çünki orada nəqliyyat və əlverişli qiymətlər çoxdur.
«Alean» turoperatorunda Azərbaycan MDB ölkələri arasında tələbat baxımından ikinci yerdədir.
"İkinci yerdə Azərbaycan, həmçinin sanatoriyalar yer alır, ilk növbədə, Naftalan kurortu, çünki orada ən çox yerləşmə obyekti var. Siti-turlara və çimərlik istirahətinə tələbat var, lakin o daha çox müstəqil deyil, Azərbaycan üzrə ekskursiya proqramları ilə birlikdə satılır", - turoperatorun kommersiya direktoru Oksana Bulax qeyd edir.
«İnturist» şirkətinin ictimaiyyətlə əlaqələr üzrə direktoru Darya Domostroyeva həmçinin Azərbaycanın turizm istiqaməti qismində populyarlığını vurğulayıb.
"Azərbaycan cari mövsüm boyu çox yaxşı satılır. Hazırda payız və Gürcüstan üzrə satışların aktivləşməsini gözləyirik. Ermənistan üzrə bu il və kurort mövsümündə isə artım görmürük. Görünür, keçən il tələbatı çox olan istiqaməti rəqiblər sıxışdırıb. Bu ölkənin bizim bazarda reklamı kifayət etmir", - Domostroyeva yekun vurub.
RF FTX Sərhəd Xidmətinin məlumatına görə, 2023-cü ilin birinci yarısında Azərbaycana turist axını 69 min nəfər təşkil edib və 4 dəfə artıb. (İnterfaks-Azərbaycan)