2022-ci ilin may ayında Rusiyadan Antalyaya turist axını 2019-cu ilin eyni dövrü ilə müqayisədə 3,6 dəfə azalaraq 224,3 min nəfər olub.
Eləcə də bax: Türkiyədə bahalaşma istirahət qiymətlərinə - TƏSİR EDƏCƏK?
FED.az xəbər verir ki, bu barədə Rusiya Turoperatorları Assosiasiyasının (ATOR) məlumatında bildirilir.
Bu ilin cəmi beş ayında ruslar Antalyaya 367,8 min dəfə səfər ediblər ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 3,4 dəfə azdır.
Turist axınının azalmasına, koronavirus məhdudiyyətləri, geosiyasət və sanksiyalar səbəb olub. (Marja)