Rusiyada sosial şəbəkələrdə səyahətlə bağlı reklamlar qadağan olunub. Söhbət xüsusilə Rusiyanın ekstrimist resurslar kimi tanıdığı “Facebook” və “Instagram”da səyahət və turlarla bağlı reklamların saxlanılması və dərc olunmasından gedir.
Rusiya miqrantlarla bağlı qaydaları sərtləşdirir
FED.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri yazır.
Qadağanın sentyabrın 1-dən etibarən qüvvəyə mindiyi bildirilir. Yeni qanunun mətni ölkənin hüquqi informasiya rəsmi internet portalında dərc olunub.
Qanun pozuntusuna görə Rusiya vətəndaşlarını 2,5 min rubladək (təxminən 45 manat) cərimə gözləyir, vəzifəli şəxslər bu halda 20 min rubladək (təxminən 360 manat) ödəməli olacaqlar, hüquqi şəxslər isə 500 min rubladək (təxminən 9 000 manat) cərimə ilə üzləşəcəklər. (Apa)