Rusiya Küveyt, Oman, Bəhreyn, Səudiyyə Ərəbistanı və Malayziya üçün turist vizalarının tamamilə ləğvini təklif edib.
7 ayda Azərbaycana 183 ölkədən turist gəlib - 32,8 FAİZİ RUSİYADAN GƏLİB
FED.az xəbər verir ki, bu barədə Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov bildirib.
“Biz vizasız səyahətə keçid mövzusunu inkişaf etdiririk. İşlədiyimiz ölkələr arasında Yaxın Şərq və Cənub-Şərqi Asiya ölkələri var. Biz Küveyt, Oman, Bəhreyn, Səudiyyə Ərəbistanı, Malayziyaya vizaların tamamilə ləğvini təklif etmişik ”-deyə, o bildirib.
Qeyd edək ki, avqustun 1-dən Rusiya ilə İran arasında vizasız qrup tur mübadiləsinə start verilib. (Report)