İyunun 4-dən Rusiyanın “Utair” aviaşirkəti Tümendən Bakıya uçuşların sayını həftədə iki dəfəyədək artıracaq.
FED.az xəbər verir ki, aviaşirkətin məlumatına görə, uçuşlar çərşənbə və cümə günləri yerinə yetiriləcək.
Həmçinin yaz-yay mövsümündə “Utair” Bakıya digər istiqamətlərdən uçuşlar həyata keçirəcək:
Moskvadan - həftədə 7 dəfə,
Sankt-Peterburqdan - həftədə 4 dəfə,
Surqutdan - həftədə 3 dəfə. (Vergiler.az)