Rusiyanın “Utair” aviaşirkəti Çeçenistan Respublikası paytaxtından Bakıya reyslərin sayını artırır.
FED.az xəbər verir ki, bu barədə Ə.Kadırov adına Qroznı (Şimal) Beynəlxalq Aeroportunun mətbuat xidməti məlumat yayıb.
Qroznıdan Bakıya cari ilin aprel ayından həftədə iki reys əlavə etmək planlaşdırılır. Beləliklə, aviaşirkətin təyyarələri Qroznı-Bakı-Qroznı marşrutu üzrə həftədə dörd reys yerinə yetirəcək. (Azərtac)