Rusiyanın “S7 Airlines” aviaşirkəti Novosibirskdən Bakıya birbaşa müntəzəm reys açır.
Kərkükdən Bakıya ilk uçuş - BAŞ TUTDU
FED.az xəbər verir ki, “S7 Airlines” aviaşirkəti bu istiqamət üzrə artıq aviabiletlərin satışına başlayıb. İlk uçuş martın 7-də həyata keçiriləcək.
Qeyd olunur ki, martın sonunadək uçuşlar həftədə bir dəfə, aprelin 3-dən isə həftədə iki dəfə həyata keçiriləcək.
Uçuşlar “Ekonom” sinifdə 174 sərnişini qəbul edə bilən “Airbus A320” təyyarəsi ilə həyata keçiriləcək. Səyahət vaxtı təxminən 4,5 saatdır. (Apa)