Rusiyanın "S7 Airlines" aviaşirkəti iyulun 10-dan etibarən Moskvadan Antalyaya birbaşa sərnişin aviareysləri üzrə uçuşlara başlayacaq.
Eləcə də bax: Türk şirkəti Bakıdan Alanya və İzmirə uçuşlara başlayır – QİYMƏTLƏR 70-85 DOLLARDAN
FED.az xəbər verir ki, bu barədə TASS-a aviaşirkətin mətbuat xidmətindən bildirilib.
"S7 10 iyul tarixindən etibarən Moskva-Antalya marşrutu üzrə müntəzəm gündəlik uçuşlar həyata keçirməyi planlaşdırır", - aviaşirkətdən qeyd olunub.
Bundan əvvəl Rusiyanın Baş nazirinin müavini Tatyana Qolikova Türkiyə ilə hava əlaqəsinin 22 iyundan etibarən bərpa ediləcəyini açıqlamışdı. 15 apreldən bəri Rusiya Türkiyədə koronavirusa yoluxanların sayının kəskin artması səbəbindən bu ölkəyə uçuşları məhdudlaşdırmışdı. Uçuşların sayı qarşılıqlı olaraq həftədə ikiyə endirilmişdi.
"Aeroflot" aviaşirkəti artıq 25 iyun tarixindən etibarən Türkiyəyə uçuşların sayının artırdığını bildirib. Aviadaşıyıcı Moskvadan İstanbula uçuşları gündə iki dəfəyədək artırmağı, həmçinin Moskvadan Antalya, Bodrum və Dalamana uçuşlar həyata keçirməyi planlaşdırır. Bundan əvvəl, "Pobeda" aviaşirkəti də iyulun 1-dən etibarən Türkiyəyə uçuşların bərpa olunacağını elan etmişdi. (Apa)