Turizm

Rostov-Bakı birbaşa reysi açılır - QİYMƏT

Rostov-Bakı birbaşa reysi açılır - QİYMƏT | FED.az
14:56 13 İyun 2019

 İyulun 6-da Bakı və Rostov arasında birbaşa aviareys açılır.

Uçuşlar Rusiyanın "İrAero" aviaşirkəti tərəfindən şənbə günləri "Suxoy Superjet 100" təyyarələri ilə həyata keçiriləcək. Bu barədə Rusiya aviadaşıyıcısı məlumat yayıb.

Eləcə də bax: Aeroportları icarəyə verin, AZAL-ın qiymətlərini azaldın - HÖKUMƏTƏ TƏKLİFLƏR 


Biletin qiyməti 12 min rubldan (185 dollara yaxın) başlayır.

Uçuş müddəti 2 saatdır. Rostovdan təyyarə yerli vaxtla saat 15:00-da qalxacaq və Bakıya saat 18:20-də çatacaq. Bakıdan uçuş saat 12:50-də, Rostova çatma yerli vaxtla 13:50-də olacaq.

Digər xəbərlər