RusiyanınFederalHava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) Rusiyanın müxtəlif şəhərlərindən Azərbaycana reyslərin həyata keçirilməsi üçün dörd aviaşirkətə icazələr təqdim edib.
FED.az xəbər verir ki, sentyabrın 16-da “Rosaviasiya” iclasın yekunlarına dair «Red Wings», «Sibir», «Severnıy veter» və «İkar» aviaşikətlərinə Azərbaycana reyslərin yerinə yetirilməsi üçün icazə verilməsi ilə bağlı qərar qəbul edib.
“Rosaviasiya”nın qərarına əsasən, «Red Wings» aviaşirkəti Rusiyanın 8 şəhərindən – Tümen, Saratov, Nijni Novqorod, MinVodı, Ufa, Omsk, Volqoqrad, Maxaçkaladan hər biri həftədə bir dəfə olmaqla Bakıya reyslər yetinə yetirmək üçün icazə əldə edib.
“Sibir” aviaşirkəti həftədə 7 dəfə olmaqla Tümen-Bakı reysinin, “İkar” aviaşirkəti də həftədə 7 dəfə olmaqla – Volqoqrad-Bakı reysinin yerinə yetirilməsi üçün icazə əldə etdi.
Bundan başqa, “Severnıy veter” aviaşikəti hər biri həftədə 7 dəfə olmaqla Volqoqrad və Voronejdən Bakıya reyslərin yerinə yetirilməısi üçün icazə əldə edib. (İnterfaks)