Rezort mehmanxana olaraq fəaliyyət göstərən mehmanxanalara ulduz kateqoriyası minimum 3 ulduz dərəcəsindən başlayaraq müəyyən edilir.
Mehmanxanaların ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları - TƏSDİQ EDİLİB
FED.az xəbər verir ki, bu, Dövlət Turizm Agentliyinin Kollegiyasınıln təsdiqlədiyi “Mehmanxanaların (hotellərin) ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları”nda öz əksini tapıb.
Qeyd olunub ki, müvafiq ulduz dərəcəsinin təyin edilməsi üçün mehmanxana həmin ulduz dərəcəsi üzrə minimal bal toplamalı və məcburi meyarlar üzrə bütün tələblərə uyğun olmalıdır.
Daha yüksək ulduz dərəcəsinin minimal bal miqdarını toplayan, lakin həmin ulduz dərəcəsinin təyin edilməsi üçün məcburi meyarlara uyğun olmayan mehmanxanaya əlavə olaraq üstünlük (superior) dərəcəsi təyin edilir.
Ulduz dərəcəsi və superior dərəcəsinin təyin edilməsi üçün bal tələbi aşağıdakı cədvəldə göstərilib:
Ulduz dərəcəsinin işarəsi |
Məcburi meyarların (M) sayı
|
Minimal bal tələbi |
Superior dərəcəsi üzrə bal tələbi |
1* |
51 |
95 |
180 |
2* |
58 |
180 |
270 |
3* |
80 |
270 |
410 |
4* |
97 |
410 |
610 |
5* |
118 |
610 |
710 |