Xəbər verildiyi ki, Nazirlər Kabineti açıq məkanda yerləşlən kafe-restoranların fəaliyyətinə icazə verib.
Eləcə də bax: Restoranlar bu - Şərtlərlə İşləyəcək
FED.az-ın məlumatına görə, qərara əsasən, Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə açıq hava sahəsində yerində xidmət saat 09:00-dan 22:00-dək göstəriləcək.
Bundan başqa, qərara əsasən, qəlyandan istifadəyə qadağa hələ davam edir.
Eləcə də, hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmağa qadağa tətbiq edilib.