Azərbaycan vətəndaşları bu yay daha çox ölkə daxilində istirahət etməyə üstünlük verirlər. Çünki bu il xarici turların qiyməti o qədər də ucuz deyil.
Eləcə də bax: Azərbaycanda evini kirayə verən bəzi insanlar saxtakarlıq edir - AÇIQLAMA
FED.az xəbər verir ki, bunu turizm məsələləri üzrə ekspert Ceyhun Aşırov deyib.
O bildirib ki, vətəndaşlarən bir qismi istirahət üçün daxili məkanlara üz tutub.
“Daxili turizmdə də sıxlıq müşaghidə olunur. Hazırda yay tətilidir və vətəndaşlar da ölkə daxilində tətilə üstünlük verirlər. Xüsusən Bakı şəhərinə yaxın olan regionlarda sıxlıq müşahidə olunur. Həftə sonları otel və istirahət mərkəzləri tam dolu olur. Bu da qiymətlərə öz təsirini göstərir.
Qiymətlər mövsümə uyğundur. Misal üçün orta hesabla iki nəfər üçün bir gecəlik otağın qiyməti 60 manatdan 300 manata qədər dəyişir. Yəni qış aylarında beşulduzlu otellərdə 160-170 manata təklif edilən otaqlar hazırda 250-300 manata təklif olunur ki, bu da mövsümlə əlaqədardır”, - deyə C.Aşırov bildirib. (Trend)