İsti yay günlərinin ortasında şəhərin səs-küyündən uzaqlaşmaq və dincəlmək istəyənlər üçün bu həftəsonu otellərdə qalmaq yaxşı seçim ola bilər.
"Naxçıvan" hotelinin yerində yeni mehmanxana tikiləcək - AÇIQLAMA
Xüsusilə ailəvi istirahət, təbiət mənzərələri və komfortu bir arada axtaranlar üçün bölgələrdəki otellər geniş qiymət aralığı və fərqli imkanlarla xidmət göstərir. Qiymətlər isə otaq növü, qidalanma rejimi və yerləşmə şəraitinə görə dəyişir.
FED.az bölgələrdə yerləşən otellərdə qiymətləri araşdırıb. Daha detallı:
«Richmond Demirchi Hotel» - Şamaxı rayonu
Şamaxının Pirqulu kəndində yerləşən “Richmond Demirchi Hotel” 4 ulduzlu oteldir. Burada qonaqlara sauna, terras, restoran və bar təqdim olunur. Qiymətlər 88 manatdan başlayır.
1 nəfərlik ailə otağı – 88 AZN
2 nəfərlik ailə otağı – 99 AZN
3 nəfərlik ailə otağı – 110 AZN
1 nəfərlik deluxe otaq – 96 AZN
2 nəfərlik deluxe otaq – 108 AZN
Qiymətə səhər yeməyi daxildir.
«Kungut Hotel & Restaurant» - Şəki rayonu
Şəkinin Küngüt kəndində yerləşən “Kungut Hotel & Restaurant”da bağça, ümumi oturma sahəsi, terras və restoran mövcuddur. Sezon üzrə açıq üzgüçülük hovuzu olan 4 ulduzlu bu otel tipli müəssisədə stolüstü tennis oynamaq mümkündür, ətraf ərazilərdə isə təbiət gəzintiləri məşhurdur.
1 nəfərlik otaq – 106 AZN
1 nəfərlik Süit otaq – 183 AZN
3 nəfərlik Süit otaq – 213 AZN
Qiymətlərə səhər yeməyi və gecələmə daxildir.
«Meşəbəyi Hotel Lerik» - Lerik rayonu
Lənkəran‑Lerik yolunun 27‑ci kilometrində yerləşən “Meşəbəyi” Sanatoriya‑Kurort Mərkəzi eyni zamanda “Meşəbəyi Hotel” və ya “Meşəbəyi İstirahət Mərkəzi” kimi tanınır. Tibb işçiləri nəzarəti altında tibbi müalicə və yoxlama xidmətləri mövcuddur. Uşaqlar üçün əyləncə meydançaları, oyun meydanları və hovuz imkanları var.
2 nəfərlik standard otaq 65 manat
3 nəfərlik standard otaq 110 manat
4 nəfərlik standard otaq 140
Qiymətlərə səhər yeməyi və gecələmə daxildir.
«Shabran Wellbeing Resort» – Şabran rayonu
Şabran rayonu, Pirəbədil kəndində yerləşən «Shabran Wellbeing Resort» istirahət mərkəzində restoran, bar və masaj xidmətləri mövcuddur. Terasla təchiz olunmuş bu otel 5 ulduzlu kurort tipli məkandır.
2 nəfərlik standart otaq – 174 AZN
4 nəfərlik ailə suit otağı – 492 AZN
5 nəfərlik ailə suit otağı – 532 AZN
6 nəfərlik ailə suit otağı – 572 AZN
2 nəfərlik Superior otaq – 228 AZN
3 nəfərlik Superior otaq – 268 AZN
2 nəfərlik kottec – 384 AZN
3 nəfərlik kottec – 424 AZN
4 nəfərlik kottec – 464 AZN
Qiymətə səhər yeməyi və gecələmə daxildir.
«Sultan Makan» – Şamaxı rayonu
Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən «Sultan Makan» otelində otaq xidməti ilə yanaşı, qonaqlara teras imkanı da verilir. Akdeniz mətbəxindən yeməklər təklif edən restoran və uşaqlar üçün oyun sahəsi mövcuddur.
1 nəfərlik deluxe otaq – 100 AZN
2 nəfərlik deluxe üç nəfərlik otaq – 140 AZN
3 nəfərlik deluxe üç nəfərlik otaq – 180 AZN
Qiymətə səhər yeməyi və gecələmə daxildir.
«Qazax Olimpik Hotel» - Qazax rayonu
Kompleksdə 6 ədəd iki mərtəbəli kottec, 10 ədəd bir mərtəbəli kottec, və 18 otaqdan ibarət mehmanxane binası var. Kompleksdə restoran və bar fəaliyyət göstərir. Bundan əlavə spa, hovuz, sauna, masaj xidməti, oyun sahələri mövcuddur lakin bu xidmətlər əlavə ödənişlə təqdim edilir.
1 - 2 nəfərlik otaq 50 manat
Kotteclər - 60 manat
2 mərtəbəli kottec – 120 manat
Qiymətlərə səhər yeməyi və gecələmə daxildir.
«Tengealti Resort Quba» – Quba rayonu
Qubanın Təngəaltı kəndində yerləşən “Tengealtı Resort” 4 ulduzlu otelində bütün otaqlardan çay mənzərəsi açılır. Burada bağlı hovuz, fitness mərkəzi və saunadan ibarət spa və sağlamlıq mərkəzi də var.
1 nəfərlik otaq – 169 AZN
2 nəfərlik otaq – 195 AZN
3 nəfərlik otaq – 194 AZN
1 nəfərlik Superior otaq – 195 AZN
2 nəfərlik Superior otaq – 220 AZN
3 nəfərlik Superior otaq – 244 AZN
Qiymətə səhər yeməyi və gecələmə daxildir.
«Ağsu Deluxe Family Hotel» – Ağsu şəhəri
Ağsu şəhərində yerləşən 4 ulduzlu “Deluxe Family Hotel”də bağça, terras, restoran və bar mövcuddur. Hotelin bütün otaqlarına dağ mənzərəsi olan balkon daxildir.
1 nəfərlik otaq – 84 AZN
2 nəfərlik otaq – 93 AZN
2 nəfərlik Deluxe King otaq – 117 AZN
Qiymətə səhər yeməyi və gecələmə daxildir.
«Azikh Hotel» – Füzuli şəhəri
«Azikh Hotel» yenicə qurulmağa başlayan Füzuli şəhərinin mərkəzində yerləşən mini oteldir. Burada SPA, fitness, üzgüçülük hovuzu, restoran, bar, uşaq əyləncə zonası və oyun salonları yoxdur. Gecələmək üçün idealdır, səhər yeməyi üçün qiymətdən əlavə adambaşına 5 manat ödəməklə səhər yeməyi əldə etmək mümkündür.
2 nəfərlik otaqlar – 60 manat
3 nəfərlik otaq – 80 manat
Qiymətlərə yalnız gecələmə daxildir.
«Zengezur Harmony Wellness Resort» – İsmayıllı rayonu
İsmayıllı rayonu Bedo bulağı bölgəsində yerləşən “Zengezur Harmony Wellness Resort” 4 ulduzlu istirahət mərkəzidir. Mərkəzdə restoran, bağça, bağlı hovuz, eləcə də hidromassajlı vanna mövcuddur, otaqlar dağ mənzərəsinə malikdir.
1 nəfərlik standart otaq – 90 AZN
2 nəfərlik standart otaq – 105 AZN
2 nəfərlik deluxe otaq – 160 AZN
3 nəfərlik standart otaq – 140 AZN
4 nəfərlik superior queen otaq (2 böyük çarpayı) – 180 AZN
4 nəfərlik deluxe otaq – 180 AZN
5 nəfərlik deluxe ailə otağı – 245 AZN
Qiymətə səhər yeməyi və gecələmə daxildir.
«Ayan Palace Hotel»– Tovuz rayonu
Tovuzun Bozalqanlı kəndində yerləşən “Ayan Palace Hotel”, istirahət və rahatlıq üçün geniş imkanlara malik müasir bir məkandır. Oteldə bağça, terras, restoran, spa və bar xidmət göstərir.
2 nəfərlik standart otaq – 180 AZN
1 nəfərlik Süit otaq – 250 AZN
1 nəfərlik standart otaq – 150 AZN
1 nəfərlik Balkonlu King Süit – 1.100 AZN
Qiymətlərə səhər yeməyi və gecələmə daxildir.
«ECOHOTEL ''QIZIL Dere''»- İsmayıllı rayonu
İsmayıllıda lahıc yolunda Qaraqaya adlanan ərazidə yerləşən oteldə bağça, ümumi oturma sahəsi, restoran və bar mövcuddur. Bu otel qonaqlara uşaq oyun meydançası imkanı da verir. Müəyyən otaqlarda hovuz mənzərəsi mövcuddur, bütün otaqlarda isə balkon imkanları təmin olunub.
1 nəfərlik otaq – 77 AZN
2 nəfərlik otaq – 110 AZN
4 nəfərlik otaq – 121 AZN
1 nəfərlik ailə otağı– 88 AZN
2 nəfərlik ailə otağı – 99 AZN
3 nəfərlik ailə otağı– 110 AZN
1 nəfərlik deluxe otaq – 96 AZN
2 nəfərlik deluxe otaq – 108 AZN
3 nəfərlik deluxe otaq – 120 AZN
Qiymətlərə sadəcə gecələmə daxildir.
«Təbəssüm Ailəvi İstirahət Mərkəzi» - Lerik rayonu
Ailə ilə səyahət etsəniz, otel yox, təbiət qoynunda kottec evlərdə qalmaq istəyirsinizsə, bu mərkəz çox uyğundur. «Təbəssüm Ailəvi İstirahət Mərkəzi» Lənkəran‑Lerik yolunun 27‑ci kilometrindədir. Kotteclər çay kənarında yerləşir və dağ mənzərəsi ilə əhatələnib. Mərkəzin içərisində istirahət üçün söhbətgahlar quraşdırılıb, kiçik yaşlı uşaqlar üçün salınmış oyun sahəsi var. Samovarla çay saatları müəyyən edilir qonaqlar üçün. Nərd, dama, şahmat kimi stolüstü oyunlar oynamaq mümkündür.
3-4 nəfərlik kotteclər – 50 AZN
2 nəfərlik kottec – 40 AZN
5 nəfərlik kottec – 60 AZN
Qiymətlərə səhər yeməyi və gecələmə daxildir.
«Silent Lake Hotel» – Şamaxı rayonu
Şamaxı rayonunda Sağıyan kəndində yerləşən «Silent Lake Hotel» oteli qapalı və açıq üzgüçülük hovuzu, həmçinin restoranla xidmət göstərir. Otaqlar göl mənzərəsinə malikdir. “Sakit Göl – Silent Lake Hotel” ərazisində tennis kortu olan yeganə region otelidir. Bundan əlavə, oteldə və ətrafında su idman növləri, velosiped sürmə, balıq tutma və gəzinti kimi müxtəlif fəaliyyətlərdən yararlanmaq mümkündür.
1 nəfərlik otaq – 379 AZN
2 nəfərlik otaq – 380 AZN
1 nəfərlik Panorama Süit otaq – 1.024 AZN
2 nəfərlik Panorama Süit – 1.025 AZN
3 nəfərlik Panorama Süit – 1.120 AZN
4 nəfərlik Panorama Süit – 1.215 AZN
5 nəfərlik Panorama Süit – 1.310 AZN
Qiymətə gün ərzində 3 dəfə qidalanma – səhər, nahar və şam yeməyi və gecələmə daxildir.
«Miramida Hotel» – Zaqatala rayonu
Zaqatala rayonu nda Qazangül qəsəbəsində yerləşən otelin hər otağında elektrikli çaydan, kondisioner, televizor, hamam ləvazimatları, xalat və tərlik mövcuddur. Oteldə spa, fitness, üzgüçülük hovuzu, restoran, bar, uşaq əyləncə zonası və oyun salonları yoxdur, qonaqlara stolüstü oyunlar təklif edilir.
1 nəfərlik Standart otaq – 38 AZN
2 nəfərlik Standart otaq – 45 AZN
2 nəfərlik Deluxe otaq – 50 AZN
1 nəfərlik Deluxe otaq – 40 AZN
Qiymətlərə səhər yeməyi və gecələmə daxildir.
«Quba Palace Hotel & Golf Resort» – Quba rayonu
Quba rayonunun Əski İqrıq kəndində yerləşən “Quba Palace Hotel & Golf Resort”da SPA və sağlamlıq mərkəzi, açıq hovuz, sauna, hamam və fitness zalı mövcuddur. Otelin ətrafında tennis, stolüstü tennis, qolf və mini futbol kimi müxtəlif əyləncəli fəaliyyətlər mümkündür.
2 nəfərlik Deluxe otaq (tək çarpayı ilə, göl mənzərəli) – 415 AZN
2 nəfərlik Deluxe otaq (iki tək nəfərlik çarpayı ilə, göl mənzərəli) – 415 AZN
3 nəfərlik Deluxe otaq – 515 AZN
8 nəfərlik Superior villa (4 yataq otaqlı, sauna və mətbəxli) – 1.890 AZN
Qiymətə gün ərzində 3 dəfə qidalanma – səhər, nahar və şam yeməyi və gecələmə daxildir.
«Marxal Resort & Spa» – Şəki rayonu
Şəkidə yerləşən Marxal Resort & Spa, spa və sağlamlıq mərkəzi, həmçinin terras ilə rahat qonaqlama imkanı təqdim edir. Oteldə yerli və beynəlxalq mətbəxlərə aid dadlı yeməklər təqdim edən restoranlar və lobi bar mövcuddur.
2 nəfərlik standart otaq – 267 AZN
3 nəfərlik standart otaq – 276 AZN
2 nəfərlik tək yataq otaqlı villa – 372 AZN
4 nəfərlik iki yataq otaqlı villa – 492 AZN
4 nəfərlik Executive Suite – 732 AZN
6 nəfərlik üç otaqlı villa – 720 AZN
8 nəfərlik dörd otaqlı villa – 840 AZN
Qiymətlərə səhər yeməyi və gecələmə daxildir.
«Qafqaz Riverside Hotel» – Qəbələ rayonu
Qəbələdə, Dəmiraparan çayının sahilində yerləşən bu otel açıq və qapalı üzgüçülük hovuzları və spa mərkəzi təklif edir. Qafqaz Resortda snuker, masa oyunları və stolüstü tennis kimi fəaliyyətlər mövcuddur. Uşaqlar üçün oyun meydançası da var.
1 nəfərlik standart otaq – 375 AZN
2 nəfərlik standart otaq – 395 AZN
1 nəfərlik King Süit otaq – 1.350 AZN
2 nəfərlik King Süit otaq – 1.400 AZN
3 nəfərlik King Süit otaq – 1.450 AZN
Qiymətlərə səhər yeməyi və gecələmə daxildir.
«Sangar Gala Resort Hotel» – Qax rayonu
Qax rayonu İlisu kəndində yerləşən “Sangar Gala Resort Hotel”də bağça, restoran və bar xidməti mövcuddur. Sauna, qapalı hovuz, hidromassaj vannası və terrasla təchiz olunmuş spa və sağlamlıq mərkəzi bütün qonaqlar üçün açıqdır.
1 nəfərlik Standart otaq – 125 AZN
2 nəfərlik Standart otaq – 175 AZN
3 nəfərlik Standart otaq – 200 AZN
4 nəfərlik suit otaq – 480 AZN
1 nəfərlik Ailə otağı – 240 AZN
1 nəfərlik King Süit otaq – 453 AZN
Qiymətlərə səhər yeməyi və gecələmə daxildir.
«Basqal Resort & SPA» – İsmayıllı rayonu
İsmayıllının Basqal kəndində yerləşən “Basqal Resort & SPA” 5 ulduz oteldir. Hotel daxilində sağlamlıq mərkəzində bağlı hovuz, fitness mərkəzi və sauna mövcuddur, həmçinin terras istifadəyə verilib.
2 nəfərlik otaq - 312 AZN
3 nəfərlik otaq - 362 AZN
2 nəfərlik Standart King otaq - 288 AZN
3 nəfərlik Standart King otaq - 338 AZN
4 nəfərlik iki yataq otaqlı süit - 624 AZN
5 nəfərlik iki yataq otaqlı süit - 674 AZN
Qiymətə səhər yeməyi və gecələmə daxildir.