Dövlət Turizm Agentliyi yanında “Şahdağ Turizm Mərkəzi” QSC-nin İdarə Heyətinə yeni sədr müavini təyin edilib.
Eləcə də bax: “Excelsior Hotel”in baş direktoru dəyişib - Kapitalı 2,7 Dəfə Artırılıb
FED.az xəbər verir ki, o, Kamran Kazımovdur.
K.Kazımov, həmçinin İdarə Heyəti sədrinin səlahiyyətlərini də icra edir.
O, 2009-cu ildən “Şahdağ Turizm Mərkəzi”nə təyinatınadək ölkədə fəaliyyət göstərən bır sıra hotellərdə müxtəlif vəzifələrdə çalışıb.
Qeyd edək ki, QSC-nin İdarə Heyətinin sədr müavini vəzifəsini 2021-ci ilin aprelindən Mingəçevir Turizm Kollecinin sabiq direktoru Səid Salayev icra edirdi. S.Salayev 2018-ci ilin sonunda sədr vəzifəsinə təyin olunmuş Almaniya vətəndaşı Rodderix Mark Leffleri əvəz edib.
Xatırladaq ki, "Şahdağ Turizm Mərkəzi" 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 546,776 milyon manatdır. Şahdağ milli parkının yaxınlığında salınmış kompleks Azərbaycanda ilk və ən böyük dağ-xizək kurortudur. (Report)