Şamaxı, İsmayıllı, Qəbələ və Oğuz bölgəsi paytaxta daha yaxın olduğu üçün insanlar bu yerlərdə qısamüddətli, həftəsonu turlara üstünlük verirlər. Bu il də düşünürəm ki, adını çəkdiyim bölgə turistlərin marağına səbəb olacaq. Hazırda Bakı-Quba magistral yolu təmirdə olduğu üçün Quba-Qusar-Xaçmaz bölgəsinə istirahətə gedənlərin sayında azalma var.
Eləcə də bax: Azərbaycanda adamların ən çox getdiyi - TURİZM MƏKANLARI AÇIQLANDI - SİYAHI
FED.az xəbər verir ki, bu fikri Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Əhməd Qurbanov açıqlamasında deyib.
Yaxın günlərdə ölkəyə kütləvi turist axınının olacağını deyən Əhməd Qurbanov diqqəti Formula-1 yarışlarına çəkib: “Bölgələrdə apardığımız monitorinqlər zamanı görürük ki, otellər yay fəslinə tam hazırdır. Bakıdakı mehmanxanalar da artıq öz işlərini bərpa ediblər. Qarşıdan Formula 1 Azərbaycan Qran-Prisinin keçiriləcəyi Bakı şəhər halqası yarışı gəlir. Bu səbəbdən də xarici turistlər paytaxtda gecələməyə üstünlük verəcəklər. (Azərtac)