Banner

Turizm

"Buta Airways" Alanyaya uçuşların sayını artırır - QİYMƏT

"Buta Airways" Alanyaya uçuşların sayını artırır - QİYMƏT | FED.az
15:58 17 İyun 2021

 Azərbaycanın "Buta Airways" aşağıbüdcəli aviadaşıyıcısı  kurort şəhəri Alanyaya xüsusi uçuşların sayını həftədə beş dəfəyədək artırır.

Şənbə günləri həyata keçirilən reyslərdən əlavə, 4 iyul tarixindən etibarən bu istiqamət üzrə  uçuşlar  çərşənbə axşamı, çərşənbə, cümə və bazar günləri də həyata keçiriləcəkdir.

Ölkədəki epidemioloji vəziyyətlə əlaqədar tətbiq olunan məhdudiyyətləri və qaydaları nəzərə alaraq aviaşirkət biletləri yalnız iki tarif üzrə təklif edir - "Standart" və "Super". Hər iki tarifə ödənişsiz olaraq yer seçimi və hava limanında qeydiyyat  opsiyaları daxildir.

Həmin uçuşlara biletləri daşıyıcının rəsmi saytından ("Super" və "Standart" tarifləri üzrə), həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərindən (yalnız "Super" tarifi üzrə) əldə edə bilərsiniz.

Aviabiletlərin dəyəri  55 avrodan başlayır.

Pandemiya dövründə qeyd edilən reyslərə  həm gediş, həm gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci  Terminalında  xidmət göstəriləcəkdir.

Bakı-Alanya istiqaməti üzrə reysin sərnişinləri:

  - Türkiyə ərazisinə giriş hüququna malik olmalıdılar. Pandemiya dövründə Türkiyəyə giriş qaydaları ilə aviaşirkətin saytında aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz: https://www.butaairways.az/az/covid/turkey

Alanya-Bakı istiqaməti üzrə reysin sərnişinləri:

- Azərbaycan ərazisinə giriş hüququnun olub-olmadığını yoxlamalıdırlar. Azərbaycan ərazisinə giriş şərtləri ilə aşağıdakı keçiddən istifadə etməklə tanış ola bilərsiniz: https://www.butaairways.az/az/covid/azerbaijan

-  koronavirus (COVID-19) infeksiyasına dair PCR-testin neqativ nəticəsi barədə arayışa malik olmalıdılar. Türkiyədə koronavirus (COVID-19) infeksiyasına dair testdən keçə biləcəyiniz klinikaların siyahısı aviaşirkətin saytında dərc edilmişdir: https://www.butaairways.az/az/covid/azerbaijan

Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə və ölkədəki epidemioloji vəziyyətlə əlaqədar olaraq sərnişinləri qarşılayan və yola salan vətəndaşlar aerovağzal  binasına buraxılmayacaqlar.

Banner
Banner

Digər xəbərlər