"Azərbaycan Turizm Agentlik Assosiasiyası" (ATAA) İctimai Birliyində Maliyyə Təftiş Komissiyası yaradılacaq.
Azərbaycanda hotellərdə qiymətlər artır - VİDEO
FED.az bu barədə Assosiasiyaya istinadən xəbər verir.
Məlumata görə, qurumun İdarə Heyəti üzvlərinin bu ilin I rübünün yekunlarına dair növbəti toplantısı keçirilib. İclasda Assosiasiyanın İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov son 3 ayda ATAA-nın keçirdiyi görüşlər, dövlət qurumları və müxtəlif təşkilatlarla müzakirə olunan mövzular, Assosiasiya üzvlərinin fəaliyyətində üzləşdiyi çətinliklər, bu istiqamətdə görülən tədbirlər və həyata keçirilən işlər barədə toplantı iştirakçılarına məlumat verib.
Toplantı çərçivəsində yaxın vaxtlarda turizm şirkətlərinin peşəkarlığının artırılması və təcrübə toplaması məqsədi ilə gəlmə və getmə turizmi üzrə ATAA təlimlərinə start verilməsi, o cümlədən Maliyyə Təftiş Komissiyasının yaradılması qərara alınıb.
İclasda həmçinin Assosiasiyaya üzv olmaq istəyən şirkətlərin üzvlüklə bağlı müraciətlərinə baxılıb. Müzakirələr zamanı 11 şirkətdən 7-sinin üzvlüyü qəbul edilib. Digər 4 şirkətin müraciəti isə ləğv edilib.