"Azərbaycanda çimərlik turizmi kifayət qədər inkişaf etmədiyi üçün Azərbaycanda hotellər "hər şey daxil" ("all inclusive") prinsipi ilə xidmət göstərməyə hazır deyil".
FED.az biznes və maliyyə xəbərləri portalı APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid deyib.
Onun sözlərinə görə, bu növ turpaketin hədəf auditoriyası əsasən yay mövsümündə çimərlik tətilinə üstünlük verən ailələrdir.
"Ölkədə çimərlik turizmi xüsusilə inkişaf etməyib. Məsələn, Türkiyədə bu xidmətin inkişafının səbəbi odur ki, bu ölkədə daha çox hotel və turist var. Azərbaycanda çimərlik turizminə gələn insanlar isə ya ev, ya da mənzil kirayələyirlər", - deyə F. Zenqstşmid qeyd edib.