2023-cü ilin yekunları üzrə Azərbaycana turist axını 2 milyon nəfərədək əşkil edəcək, 2024-cü ildə 20% arta bilər.
ATAA: Turizm şirkətlərimizin hesabına hava yolları tərəfindən 1 milyon manatdan çox komissiya ödənişi köçürülüb
FED.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə məlumat verib.
"Əgər cari göstəricilərə əsaslansaq, proqnoza görə 2023-cü ilin nəticələrinə görə turist axını 2 milyona qədər təşkil edə bilər. Növbəti, 2024-cü ildə cari şəraitin qorunması halında turist axınının bu ilin göstəricisindən 20% səviyyəsində artacağı proqnozlaşdırılır", - Quluzadə deyib.
Beləliklə, 2024-cü ildə turist axını təxminən 2,4 milyon nəfər təşkil edə bilər.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-avqust aylarının yekunları üzrə 183 ölkədən Azərbaycana səfər edən əcnəbi vətəndaşların sayı 1 milyon 343,7 min nəfər təşkil edib, bu da ötən ilin analoji dövrünün göstəricisindən 33,8% çoxdur.
2022-ci ildə 178 ölkədən Azərbaycana turist axını 1 milyon 602,3 min nəfər təşkil edib, bu da 2021-ci ilin göstəricisindən 2 dəfə çoxdur. (İnterfaks-Azərbaycan)