“Macəra Otel”
“Macəra Otel” Qubanın ən gözəl guşələrindən olan Çənlibel gölünün yaxınlığında yerləşir. Standart otaqlarının ölçüsü 16-20 kvm aralığındadır. Qış aylarında 60, yay alarında 70 AZN-ə təklif edilən dağ mənzərəli ikinəfərlik otağa istəyə görə əlavə çarpayı da qoyula bilər. Bunun üçün 15 manat əlavə ödəniş tələb edilir. Otaqlarda televizor, güzgülü komod, gecə lampaları, masa, iş masası, ödənişsiz internet var. Hər otağın özəl hamamı, hamam xalatı, fen və təmizlik vasitələri mövcuddur. Qiymətə səhər yeməyi daxildir. Qonaqlar futbol, basketbol sahələrindən də ödənişsiz istifadə edə bilər. Müstəqil evlər formasında inşa edilmiş koteclərin hər birində 10 nömrə yerləşir, qonaqların ixtiyarında 20 belə otaq var. Hazırda 57 nömrəlik 4 ulduzlu otelin inşası davam edir, VİP, DELUX, FAMİLY nömrələr yeni oteldə istifadəyə veriləcək.
“Guba Olympic Complex”
“Guba Olympic Complex”də ən sərfəli otaq qiyməti 60 AZN-dir. Bu otaq istəyinizə uyğun iki nəfərlik yataq, və ya 2 ədəd 1 nəfərlik yataqla təklif edilir. “Ailə otağı” adlanan otaq 35 kvm-dir. Balkonu, televizoru, ödənişsiz interneti, kondisioneri, ütüsü, yumşaq mebeli, hamamında təmizlik vasitələri, hamam xalatı mövcuddur. Qiymətə səhər yeməyi də daxildir.
“Shane Hotel Quba”
“Shane Hotel Quba”da standart otağın qiyməti 90 AZN-dir. 35 kvm.lik otaqda 2 nəfərlik yataq var, istəyə görə 2 ədəd təkadamlıq yataqla əvəzlənə bilər. Otağın kondisioneri, televizoru, istəyə görə dağ və ya şəhər mənzərəsi, balkonu, telefon və radiosu, yazı masası, yumşaq mebeli, paltar qurutma mexanizmi, soyuducusu, masası, hamamında təmizlik vasitələri, hamam xalatı, feni var. Səhər yeməyi qiymətə daxildir.
“Shahdag Hotel Guba”
“Shahdag Hotel Guba”da 30 kvm-lik standart otaq 90-100 AZN-ə təklif edilir. Otaqlarda geniş ikinəfərlik yataq, istəyə görə 2 ədəd 1 nəfərlik yataq var. Bağ və ya şəhər mənzərəsi, televizor, kondisioner, radio, seyf, ütü, geyinmə bölümü, qəhvə bişirən aparat, elektrikli su isidicisi, masa olan otaqların özəl hamamında təmizlik vasitələri, fen, xalat var. Otaqlar uşaqlar üçün təhlükəsizlik qapı və pəncərələri ilə təchiz edilib. Fiziki məhdudiyyətli insanlar üçün bütün xırdalıqlar düşünülüb. Səhər yeməyi otaq qiymətinə daxildir.
“Cənnət Bağı Hotel”
“Cənnət Bağı Hotel”də 92 AZN müqabilində təklif edilən standart 12 kvm-lik dağ mənzərəli otaqda ikinəfərlik yataq var. Kondisioner, televizor, dolab olan otağın özəl hamamında saç feni, xalat və təmizlik vasitələri var. Qiymətə səhər yeməyi daxildir. Avtomobiliniz üçün park yeri, internet, qapalı və açıq üzmə hovuzları, hava limanına transfer ödənişsizdir. Otelin velosiped sürmək, atıcılıq, bouling, bilyard üçün şəraiti var, buna görə əlavə ödəniş tələb olunur.
“Qala Qonaq Evi”
“Qala Qonaq Evi”ndə bir gecəlik qonaqlamaq üçün 39 AZN ödəmək lazımdır. 25 kvm-lik 2 nəfərlik standart otaqda yataq, televizor, yazı masası, yumşaq mebel, paltar dolabı, mətbəx plitəsi, qab dolabı, mətbəx çeşməsi, soyuducu, paltaryuyan, elektrik su isidicisi, hamam (vanna və ya duş kabin), təmizlik vasitələri, əl və bədən dəsmalları, ödənişsiz internet və həyətində ödənişsiz avtomobil park yeri var. Səhər yeməyi qiymətə daxil deyil, istəyə görə təşkil edilir və bunun üçün 5 AZN əlavə ödəniş alınır.
“Xınalıq Qonaq Evi”
Qubanın mərkəzindən 38 km uzaqlıqda yerləşən “Xınalıq Qonaq Evi”ndə ikinəfərlik yatağı olan otaq üçün tələb edilən məbləğ 40 AZN-dir. Otaqda yumşaq mebel və ödənişsiz internet mövcuddur. Səhər yeməyi qiymətə daxil deyil. Əgər istəsəniz Şərq üsulu səhər yeməyi sizə 9 AZN müqabilində təklif edilir.
“Retro Otel Quba”
“Retro Otel Quba”da dincəlmək istəyənlər üçün ikinəfərlik standart otaqlar 60 AZN-dən təklif edilir. Otaqda çarpayı, divan, iş masası, ödənişsiz interneti, mərkəzi istilik sistemi, televizor, daxili telefon, özəl hamamında təmizlik vasitələri var. Qiymətə səhər yeməyi və pulsuz avtomobil parkı daxildir. Otelin SPA, sauna kimi xidmətləri üçün əlavə ödəniş tələb edilir.
“Terrace Otel Guba”da
“Terrace Otel Guba”da standart 2 nəfərlik otağın qiyməti 70 AZN-dir. İstəyə görə əlavə yataq tələb olunarsa bu xidmət üçün günə 44 AZN təklif edilir. Otağın mərkəzi istilik sistemi, ödənişsiz interneti, açıq hovuza birbaşa çıxışı, televizoru, soyuducusu, özəl hamamı var. Səhər yeməyi qiymətə daxildir. Otelin digər xidmətləri üçün ödəniş tələb olunur.
“Quba Rixos Otel”
“Quba Rixos Otel”də 2 nəfərlik otaq üçün 177 AZN ödəniş etmək lazımdır. İstəyə görə 37 kvm.lik otaqda 2 nəfərlik geniş yataq və yaxud tək nəfərlik 2 yataq ola bilər. Otağın balkonu və göl mənzərəsi var. Otaqda kondisioner, yumşaq mebel, soyuducu, televizor, vanna otağında fen və hamam xalatı istifadəyə verilir. Qiymətə açıq bufet səhər yeməyi, ödənişsiz internet xidməti də daxildir, hovuz, SPA, masaj, türk hamamı, finess və sauna xidmətləri də otaq qiymətlərinə daxildir.