Azərbaycan prezidenti İlham Əliyev tərəfindən cümə axşamı təməli qoyulan Abşeron rayonunun Qobustan kəndinin ərazisində Palçıq Vulkanları Turizm Kompleksi 2022-ci ilin yay aylarına qədər istifadəyə veriləcək.
Eləcə də bax: Palçıq Vulkanları Turizm Kompleksinin təməli qoyuldu - YENİLƏNİB
FED.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bəyan edib.
“Növbəti yay mövsümünə qədər kompleksin tikintisini sona çatdırmağı planlaşdırırıq”, - Nağıyev AzTV telekanalına müsahibəsində bildirib.
Regionda turizmin inkişafı layihəsi çərşivəsində hazırda Bakıdan Qobustana 20 km uzunluğunda yol çəkilir.
Bu, Qobustanda palçıq vulkanlarının yeni turizm klasterinin yaradılmasına imkam verəcək, o cümlədən, gələcəkdə Qobustandan Şamaxıya qədər olan yolu birləşdirəcək. (İntrefaks)