Bu ilin yanvar-aprel aylarında Qəbələ rayonundakı otel və mehmanxana tipli müəssisələrə 20 min 331 nəfər yerli və əcnəbi turist yerləşdirilib. Onların 12 min 495 nəfəri və ya 61,5 faizi Azərbaycan, 7 min 836 nəfəri və ya 38,5 faizi xarici ölkə vətəndaşı olub.
Hotel və mehmanxanalarda gecələmələrin sayı artıb - STATİSTİKA
FED.az xəbər verir ki, bu barədə Qəbələ Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, yanvar-aprel aylarında Qəbələnin otel və mehmanxana tipli müəssisələrinə yerləşdirilən yerli və əcnəbi turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 337 nəfər və ya 6,6 faiz azalıb. Dörd ayda yerli turistlərin sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 2426 nəfər və ya 16,3 faiz azalsa da, əcnəbi turistlərin sayında 2089 nəfər və ya 36,4 faiz artım qeydə alınıb.
Yanvar-aprel aylarında Qəbələyə gələn əcnəbi turistlər arasında Hindistan vətəndaşları üstünlük təşkil edib. Belə ki, dörd ayda bu ölkənin 1488 vətəndaşı Qəbələdə olub. Bu müddət ərzində Qəbələyə Birləşmiş Ərəb Əmirliklərindən 1479, Səudiyyə Ərəbistanından isə 1444 turist səfər edib. Qəbələyə Küveyt, Rusiya, Qətər, Oman, Pakistan, Türkiyə, Qazaxıstan, İran, Bəhreyn, ABŞ və digər ölkələrdən də xeyli sayda turist gəlib. (Azərtac)