Qazaxıstanın aşağıbüdcəli (loukosteri) “FlyArystan” şirkəti iyunun 2-dən Astana-Bakı-Astana marşrutu üzrə mövsümi reysləri həyata keçirməyə başlayacaq.
FED.az xəbər verir ki, aviaşirkət artıq bu marşrut üzrə biletlərin satışına başlayıb.
Uçuşlar həftədə iki dəfə - bazar ertəsi və cümə günləri həyata keçiriləcək.
Biletləri “FlyArystan”nın mobil tətbiqi, daşıyıcının rəsmi saytı və digər mövcud platformalar vasitəsilə əldə etmək mümkündür.(Report)