İyunun 18-də Bakıda beşulduzlu “Intercontinental” otelinin açılışı olub.
FED.az xəbər verir ki, Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda iştirak ediblər.
Əvvəllər bu ərazidə “Cənub” mehmanxanası yerləşirdi. İndi onun yerində gözoxşayan memarlıq üslubunda yeddimərtəbəli “İntercontinental” oteli inşa olunub.
Müasir səviyyədə inşa olunan “İntercontinental” otelində ümumilikdə, müxtəlif kateqoriyalara aid 126 otaq var. Otaqların hər birində qonaqların özlərini maksimum rahat hiss etməsi üçün bütün zəruri şərait yaradılıb. Oteldə turistlərin və paytaxt sakinlərinin xidmətində olacaq restoranlar, konfrans zalları və digər infrastuktur mövcuddur.
Burada “Lamborghini Bakı Mərkəzi”nin satış salonu da yaradılıb. Salonda müştərilərə yüksək xidmət göstərmək üçün geniş imkanlar var.