“PMD Group” MMC-nin turizm qolu olan törəmə şirkəti “PMD Hospitality” MMC-nin baş icraçı direktoru (CEO) dəyişib.
“PASHA Holding”in şirkətlərindən birinə yeni rəhbər - TƏYİN EDİLİB
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, şirkətin rəhbərliyinə türkiyəli mütəxəssis Uygar Kocas təyin edilib.
O, CEO kimi Kəmalə Əzizova Adil qızını əvəz edib.
U.Kocas 23 illik hotelçilik sahəsində təcrübəyə malikdir. 2006-cı ildən 2016-cı ilə qədər “The Marmara”nın Antalya, Pera, Bodrum, Şişli (Bodrum) kimi hotellərinin baş meneceri, 2016-2019-cu illərdə “Le Méridien Istanbul Etiler” hotelinin baş meneceri, dünyaca məşhur “Marriott International”da yüksək vəzifələrdə çalışıb.
Bundan öncə isə Azərbaycanın digər iri hotelçilik şəbəkəsi olan “Absheron Hotel Group”un 4 hotelinə türkiyəli mütəxəssis rəhbər təyin edilmişdi.
“PMD Hospitality” – hotel, sanatoriya, restoran və akvapark tipli müəssisələrin idarə etməsi ilə məşğuldur. Şirkət 2018-ci ilin avqustundan rəsmi olaraq dövlət qeydiyyatına alınıb. “PMD Qrup”unun bir hissəsidir. Təşkilat, 2013-cü ildə, otel və qonaqpərvərlik əmlak inkişaf etdirmək və turizm sektorunda illər ərzində Azərbaycanda və xaricdə davamlı böyüməni təmin etmək məqsədi ilə yaradılıb. Bu şirkətin rəsmi səhifəsində qeyd edilir.
“PMD Hospitality”nin əmlak portfelində bir neçə 5 ulduzlu otel (Gaşaltı Health Hotel, Chinar Hotel & SPA, Galaalti SPA & Sanatorium, The Excelsior Hotel & Spa Baku, Lankaran Springs Wellness Resort), lüks kurort (Shamakhi Palace Sharadil), “Paulaner Azərbaycan” (franchise pivə zavodu) və böyük dənizkənarı akvaparkı (Dalga Beach Aquapark).