Azərbaycanın ən böyük biznes qurumlarından olan, o cümlədən maliyyə sektorunda ən böyük şirkətləri özündə birləşdirən «Pasha Group» Türkiyədə fəaliyyətə başlayan lüks otellər şəbəkəsi «Mandarin Oriental»ın ilk oteli olan «Mandarin Oriental»ın 50%-ni alıb.
"PAŞA Holding" Qarabağda otel tikmək üçün - VARİANTLARA BAXIR
FED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, otelin aid olduğu «Astaş Holdinq»in tərkibindəki «Asta Cennetköy Turizm və Menecment» şirkətinin ortağı olan «Paşa Qrup» otelin 50 faizinin sahibi olub.
Xatırladaq kİ, 2006-cı ildə yaraılan «Paşa Holdinq» Azərbaycanda bankçılıqla yanaşı sığorta, tikinti, sənaye və turizm sahələrində də fəaliyyət göstərir. «Port Baku Towers» və Bakıdakı məşhur “Absheron” oteli «Paşa Holdinq»in portfelindəki ən diqqətçəkən turizm investisiyalarından biridir.
Azərbaycanda olduğu kimi Gürcüstanda da fəaliyyət göstərən Paşa Bank 2013-cü ildə Türkiyəyə gəlib. 2021-ci ilin dekabr ayına olan məlumata görə, «Paşa Holdinq»in sərvəti 15,5 milyard manat və ya 9,5 milyard dollar təşkil edir. Holdinq Azərbaycanın bank sektorunun 33 faizini idarə edir. Qrupun 2020-ci ildə 9 min 500, 2021-ci ildə isə 16 min 500 işçisi olub.
Paşa Holdinqin aldığı otelə gəlincə, Türkiyədəki ilk Mandarin Oriental 2014-cü ildə Bodrumda açılıb. «Astaş Holdinq» tərəfindən 650 milyon avro sərmayə ilə həyata keçirilən layihə Bodrum, Göltürkbükü Cennet körfəzində 600 dekar ərazidə yerləşir.