2022-ci il ərzində Dövlət Turizm Agentliyinin tabeliyində olan qoruqlara pandemiyadan əvvəlki dövrdən daha artıq sayda bilet satışı olub.
Azərbaycana gələn xarici turistlərin - 80%-İ BAKIDAN KƏNARA ÇIXMIR
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ötən il ümumilikdə 341 253 bilet satılıb. Ziyarətçilərin 162 798 nəfər xarici, 178 455 nəfəri yerli vətəndaş olub.
Ümumilikdə 2022-ci il ərzində turistlərə göstərilən xidmətlər üzrə bilet satışından 1 693 164 manat vəsait əldə edilib.
Sözügedən qoruqlara “Yanardağ”, “Atəşgah məbədi”, “Xınalıq”, “Lahıc”, “Yuxarı Baş”, “Kiş”, “Beşbarmaq dağı” və “Basqal”, həmçinin “Diri Baba” türbəsi daxildir.