2021-ci ildə Azərbaycanda mehmanxanaların gəlirləri 209,2 milyon manat ($123 milyon) təşkil edib, bu da 2020-ci illin göstəricisindən 79,1% çoxdur.
Eləcə də bax: Ötən il Azərbaycanda otellər - 89 FAİZ BOŞ QALIB
FED.az biznes və maliyyə xəbərləri portalı İnterfaks-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2020-ci ildə Azərbaycanda mehmanxanaların gəlirləri 116,8 milyon manat ($68,7 milyon) təşkil edib, bu da 2019-cu ilin göstəricisindən 3,9 dəfə azdır. Azalma bütün dünyanın turizm industriyasına əhəmiyyətli dərəcədə mənfi təsir edən COVİD-19 koronavirus pandemiyası ilə şərtlənir.
2019-cu ildə Azərbaycanda mehmanxanaların gəlirləri 450,2 milyon manat ($264,8 milyon) təşkil edib. Beləliklə, 2021-ci ildə Azərbaycanda mehmanxanaların gəlirləri 2019-cu ilin göstəricisinin 46,5%-ni təşkil edib.
Həmçinin, gəlirlərin 59,7%-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 28,9%-i ictimai iaşə xidmətlərindən, 2,5%-i müalicə və sağlamlıq xidmətlərindən, 8,9%-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib.
Ötən il ölkə mehmanxanalarında keçirilmiş gecələmələrin sayı 78,7% artaraq 1787 min olub. Gecələmələrin 48,7%-i Bakıda, 6,7%-i Xaçmazda, 7,9%-i Qəbələdə, 5,8%-i Şabranda, 5,9%-i Qubada, 4,2%-i Lənkəranda, 3,9%-i Qusarda, 2,7%-i Naftalanda, 1,5%-i Qaxda, 1,6%-i Şamaxıda, 2,2%-i Naxçıvan Muxtar Respublikasında, 1,1%-i Masallıda, 1%-i Mingəçevirdə və 6,8%-i digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən mehmanxanalarda keçirilmiş gecələmələrin sayı 0,6% azalaraq 414,2 min olub ki, bu da ümumi gecələmələrin 23,2%-ni təşkil edir. Gecələmələrin 15,5%-i Türkiyə, 11%-i Rusiya Federasiyası,8,1%-i Böyük Britaniya, 3,5%- Səudiyuyə Ərəbistanı, 9,8%-i Birləşmiş Ərəb Əmirlikləri, 2,8%-i İtaliya, 2,8%-i ABŞ, 2,7%-i Almaniya, 3,8%-i İsrail, 2%-i Qətər, 1,5%-i Ukrayna, 1,9%-i Hindistan, 1,1%-i Belarus, 1,1%-i – Küveyt, 1,4%-i Niderland, 1,2 %-i İran, 1,2%-i Qazaxıstan, 1%-i Fransa, 1%-i Gürcüstan, 26,6%-i isə digər ölkələrin vətəndaşlarının payına düşüb.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 81,1%-i Bakıda, 6,6%-i Qəbələdə, 3%-i Qusarda, 1,7%-i Naxçıvan Muxtar Respublikasında, 2,6%-i Qubada, 1,6%-i Şabranda, 1,9%-i Naftalanda, 1,6%-i Şabranda, 1,5%-i isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.
Azərbaycan Respublikası vətəndaşları üzrə mehmanxanalarda keçirilmiş gecələmələrin sayı 2020-ci illə müqayisədə 2,4 dəfə artaraq 1 milyon 372,8 min olub.
Hesabat dövründə mehmanxanaların birdəfəlik tutumundan istifadə 11,2% səviyyəsində olub (2020-ci ildə 6,5%). Bu göstərici Şabranda 82,2%, Beyləqanda 25,5%, Qubada 22,2%, Naftalanda 21%, Lənkəranda 19,1%, Qəbələdə 16,2%, Şəmkirdə 11,7%, Ağcabədidə 14%, Bakıda 14,2%, Cəlilabadda 12,7%, Bərdədə 13%, Şamaxıda 11,2% olub.