Ötən il ərzində Azərbaycanda 41,8 min nəfər əcnəbi Azərbaycanda kafe və restoranların xidmətlərini qənaətbəxş hesab etməyib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə İstinadən xəbər verir.
Məlumata görə onların təxminən 13,5 min nəfəri ruslar, 4,8 min nəfəri hindlilər, 3,3 min nəfəri türklər olub.
Bundan başqa narazı olanların 2,1 min nəfəri SƏ vətəndaşları, 1,7 min nəfəri qazaxlar, 1.7 min nəfəri gürcülər, 1,6 min nəfəri isə pakistanlılar olub.
1 007 nəfər BƏƏ, 814 nəfər Çin vətəndaşı da kafe və restoranların xidmətlərini bəyənməyib.
Bu xidmələri qənaətbəxş hesab etməyənlərdən 6 nəfəri Suriya, 30 nəfəri Norveç, 38-i İsveçrə vətəndaşlarıdır.