2018-ci ilin yanvar-sentyabr aylarında ölkə üzrə mehmanxanalarda 2446,8 min gecələmə keçirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24,4 faiz çoxdur.
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamalarına görə, gecələmələrin 57,8 faizi Bakıda, 10,6 faizi Qəbələdə, 6,6 faizi Xaçmazda, hər birində 3,9 faiz olmaqla Naftalan və Qubada, 3,8 faizi Qusarda, 2,7 faizi Naxçıvan Muxtar Respublikasında, 1,1 faizi Qaxda, hər birində 0,8 faiz olmaqla Gəncə və Lənkəranda, 8,0 faizi isə digər rayonlardakı (şəhərlərdəki) mehmanxanalarda qeydə alınıb.
Cari ilin doqquz ayında mehmanxanaların gəlirləri 286,1 milyon manat olub ki, onun da 68,1 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 23,4 faizi içkilər də daxil olmaqla qida məhsullarının satışı üzrə xidmətlərdən, 3,0 faizi müalicə və sağlamlıq xidmətlərindən, 5,5 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.