Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki yeni hava limanları turizmin inkişafına imkan yaradır.
Naxçıvanda KOB dostları fəaliyyətə başlayıb - FOTOLAR
FED.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov "Bakı KOB Evi"ndə keçirilən “Turizm biznesi: Mövcud vəziyyət və perspektivlər” adlı tədbirdə bildirib.
"Hazırda Füzuli və Zəngilan beynəlxalq hava limanları istifadədədir. Bu ilin sonunda və yaxud gələn ilin əvvəlində Laçın aeroportunun da açılacağı gözlənir. Bu da həmin regionlarda turizmin inkişafına imkanlar yaradır. Hesab edirəm ki, Qarabağda turizmin inkişafı üçün KOBİA, Dövlət Turizm Agentliyi və assosiasiyalar sıx əməkdaşlığı davam etdirməlidir. KOBİA olaraq hər zaman sahibkarların yanındayıq və onlara hər cür dəstək göstərməyə hazırıq”, - deyə o qeyd edib.
O.Məmmədovun sözlərinə görə, koronavirus (COVID-19) pandemiyası Azərbaycanın turizm sektoruna mənfi təsir edib və əvvəlki göstəriciləri bərpa etmək üçün işlər görülür: "2019-cu ildə Azərbaycana 3,2 milyon milyon turist gəldi halda, 2020-ci ildə bu rəqəm 795 min, 2021-ci ildə isə 792 min olub. Yalnız karantin rejiminin yumşaldılması hesabına 2022-ci ildə 1 milyon 602 min turist Azərbaycanı seçib. Bu rəqəmlər bir daha göstərir ki, pandemiya turizm sektoruna mənfi təsir edib və turist axını göstəricilərinin pandemiyadan həddə çatdırmaq üçün işlər görülür”.
"Azərbaycan dövləti qeyri-neft sektorunun, konkret olaraq turizmin inkişafında maraqlıdır və sektora davamlı dəstək verir. Bu vaxta qədər KOBİA-nın dəstəyi ilə regionlarda 65 qonaq evi yaradılıb. Koronavirusla bağlı məhdudiyyətlərin aradan qaldırılması ilə bu sektorun inkişafına daha geniş şərait yaranacaq", - deyə O.Məmmədov əlavə edib. (Report)