Sırf turizm ilə məşğul olan və ölkəyə turist gətirəcək şirkətlər yeni yaradılacaq turizm fondundan maliyyə yardımı ala biləcəklər.
Eləcə də bax:Turizm şirkətlərinə vergi güzəştləri veriləcək - TƏKLİFLƏR GƏLDİ
FED.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) yanında fəaliyyət göstərən İctimai Şuranın növbəti müzakirəsi turizm biznesindəki mövcud vəziyyət və perspektivlərə həsr olunmuş tədbir zamanı Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov deyib.
Eləcə də bax:Turizm ictimai təşkilatları dövlətdən dəstək istəyir – “VƏZİYYƏTİMİZ YAXŞI DEYİL”
“Ən önəmli məsələlərdən biri Turizm Agentliyi olaraq hal-hazırda Turizm Fondunun yaradılması üzərində işləyirik. Bu ən vacib məsələlərdən biridir.Bu dövlətin sahibkarlığa dəstəyinin bir növüdür. Fondun yaradılmasında əsas təşəbbüs ondan ibarət olacaq ki, sənaye üzvləri sırf turistə yönəlik fəaliyyətlə məşğul olacaqlarsa, məsələn ölkəyə gətirilən turist sayına görə, ölkədə təşkil olunacaq konsert proqramlarına görə, və yaxudda bunu kimi başqa formatda sırf turistə yönəlik və birbaşa onların fəaliyyəti ölkəyə turistin gəlməsi ilə nəticələnəcəksə. Həmin fəaliyyətləri bu fond vasitəsi ilə maliyyələşdirilməsi imkanlarına baxılacaq. İndi hal-hazırda bu məsələ ciddi müzakirə olunur. Yəqin ki növbəti il ərzində bu məsələ də öz həllini tapacaq və müəyyəm bir vəsait ölkəyə sırf turistlərin gətirilməsi istiqamətində bu fond üzərindən maliyyələşməsi işlərinə baxılır.
Eləcə də bax:Gələn aydan əhaliyə turizm haqqında - MƏLUMATLAR VERİLƏCƏK - KAMPANİYA
Turizm fondunun yaradılması ona imkan verəcək ki, sənaye üzvləri sırf turiztə yönəlik fəaliyyətlə məşğul olcaqlarsa , hansı ki, onların fəaliyyətləri birbaşa ölkəyə turistin gətirilməsinə yönələcək. O zaman bu fond vasitəsi ilə maliyyələşdirilmək imkanına .baxılacaq. Hal-hazırda bu məsələ ciddi müzakirə olunur. Yəqinki növbəti il ərzində bu da öz həllini tapacaq.