Bu gündən etibarən Ukraynanın "Bees Airline" aşağıbüdcəli (loukoster) aviaşirkəti Azərbaycana uçuşlarını həyata keçirməyə başlayıb.
Eləcə də bax: Azərbaycanla xaric arasında təyyarə biletləri ucuzlaşıb – RƏSMİ
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, şirkətin yaydığı məlumata görə, aviadaşıyıcı həftədə bir dəfə olmaqla (bazar ertəsi) "Odessa" beynəlxalq hava limanından Gəncəyə uçuşlar yerinə yetirir.
Odessa-Gəncə-Odessa reysinin cədvəlinə əsasən, Odessadan uçuş yerli vaxtla saat 09:00-da, Gəncəyə eniş saat 13:20-də, Gəncədən uçuş saat 14:20-də, Odessaya eniş isə saat 15:00-da həyata keçirilir. Bir istiqamətə biletin minimal qiyməti 85 ABŞ dolları təşkil edir.